Ermənistan MDB üzvü olan ölkələrlə münasibətdə özünü heç də həmişə tərəfdaş kimi aparmır.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında deyib.
“Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto, Ukrayna bizimlə deyil. Moldova haqqında böyük suallar var. Təəssüf ki, Ermənistan özünü heç də həmişə özünü tərəfdaş kimi aparmır”, – o bildirib.
Belarus Prezidenti qeyd edib ki, belə bir vəziyyəti kənardan sakit müşahidə etmək olmaz:
“Çünki əks halda MDB ölkələri sadəcə parçalanacaq”.