Belarus lideri Aleksandr Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə zəng edib.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lukaşenko günün ikinci yarısında Nazarbayevlə əlaqə saxlayıb və beynəlxalq vəziyyət, regional durum, eyni zamanda Belarus-Qazaxıstan əlaqələri müzakirə edilib.
Telefon danışığının təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, Belarus lideri Nazarbayevlə danışandan sonra yenidən Putinlə müzakirə aparıb.