Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus rəsmilərini 2020-ci il seçkisi ilə bağlı etiraz aksiyalarından nəticə çıxarmağa və Ukrayna ssenarisinin təkrarlanmasının qarşısını almağa çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.
“2020-ci ildə və ondan sonra baş verənlərdən nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük addım atacağıq. Amma bu, Ukraynadan daha çətin olacaq. Sizi qorxutmuram – bilirsiniz ki, mən elə-belə danışmıram. Əzizlərim, Allah eləməsin, hansısa qarışıqlıq başlasın, əgər olsa, başa düşürsünüz ki, biz (hakimiyyət – red.) öndə olacağıq. Pulemyotla mən deyil, siz öndə olacaqsınız”, – o bildirib.
Lukaşenko qarşısında əyləşən məmurların bunu istəyib-istəmədiyini soruşub və özünün də istəmədiyini qeyd edib.