Belarus Prezidenti Aleksandr Lukaşenko Roma Papası XVI Benediktin vəfatı ilə bağlı başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə “BelTA” agentıiyi məlumat yayıb.
“Dərin kədər hissi ilə Papa XVI Benediktin ölümünün faciəvi xəbərini aldım. O, canını xeyirxahlıq, sülh, ədalət və sevgi mehrabında qoydu. Özünə yox, bütün möminlərə, bütün dünyaya aid idi, nuru, hikməti bölüşürdü”, – Lukaşenko bildirib.