Lukaşenko xəstədir, Kreml artıq varisi müəyyən edib

Lukaşenko xəstədir, Kreml artıq varisi müəyyən edib

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölümü ilə bağlı Kremlin öz ssenarisi var.

AzerTimes xəbər verir ki, bunu Belarus müxalifətçisi Pavel Latuşko iddia edib..

Onun sözlərinə görə, Rusiya Lukaşenkonun varisi, Respublika Şurasının hazırkı rəhbəri Nataliya Koçanovanın Belarusun yeni rusiyapərəst prezidenti ola biləcəyi ilə bağlı razılığa gəlib:

“Ssenari kənardan olduqca başadüşüləndir: bu, Respublika Şurası Parlamentinin Yuxarı Palatasının sədri Natalya Kaçanovadır. Lukaşenko ona bir qadın, tabeçiliyində olan bir siyasətçi kimi etibar edir”.

Latuşkonun sözlərinə görə, o, Moskvada olub, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

O qeyd edib ki, Koçanova Lukaşenkonun təbii ölümü halında onun yerinə keçəcək, lakin o, zəhərlənərsə, Belarusu Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç idarə edəcək:

“O, Moskva Ali Komandanlıq Məktəbini, Sovet İttifaqının və Rusiyanın zabitləri üçün ən nüfuzlu hərbi universiteti və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasını bitirib. Onun Rusiyada nə qədər ümumi dostları olduğunu təsəvvür edə bilərsiniz. O, hələ də Patruşevin tabeçiliyindədir. Belarusda Kremlin agentidir”.

Qeyd edək ki, Lukaşenkonun səhhətində ciddi problemlər olduğu barədə xəbərlər yayılmaqdadır.

Teqlər: