“Vaqner” hərbi təşkilatı silahlı qiyamdan sonra əvvəlki formada mövcud olmayacaq. Putin hakimiyyəti təşkilat üçün maliyyələşdirməni dayandıracaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Yevgeni Priqojinin “Vaqner” təşkilatı dağılacaq:
“Moskva “Vaqner”ə ildə bir milyard dollar ödəməyi dayandıracaq və təşkilat çökəcək. Onun döyüşçülərinin bir hissəsi Müdafiə Nazirliyi ilə yeni müqavilələr imzalayacaq. Digərləri Priqojinlə Afrikaya gedəcəklər, lakin təşkilatın Minskdə kiçik bir ofisi yaradılacaq. Lukaşenko “Vaqner”dən və onun rəhbərindən mühafizəçilərinə məsləhətçi kimi istifadə edə bilər”.