Lukaşenkoya əmr verilən kimi Belarus qoşunları Rusiyanın Baş Qərargahına tabe olacaq və “İttifaq dövləti”nin silahlı qüvvələrinin tərkibində Ukraynaya hücum edəcək.
AzerTimes xəbər verir ki, bunu tanınmış hərbi ekspert Oleq Jdanov deyib.
“Yanvarda “Müttəfiqlərin qətiyyəti” təlimləri “Birlik Dövləti”nin təhlükəsizlik qüvvələrinin birləşdirilməsi məsələsini işləyib hazırladı. Təlimin məqsədi də bu idi. Bu gün, əslində, belə bir kiçik prosedur qalıb – yalnız Lukaşenko öz silahlı qüvvələrini istifadə etmək əmrini verməlidir. Onlar avtomatik olaraq Rusiyanın Baş Qərargahına tabe olub və “Birlik Dövləti”nin vahid silahlı qüvvələri kimi olacaqlar”, – o bildirib.
Ekspertin fikrincə, Lukaşenko hadisələrin bu cür inkişafından hər vəchlə çəkinir, çünki onun üçün ordu indi oturduğu kreslonun hələ kəsilməmiş yeganə ayağıdır:
“Sursat təhvil verməyə, uzunmüddətli anbarda olan texnikanı təhvil verməyə razıdır, amma ordunu saxlayır”.