Lukaşenko Ukrayna xalqını təbrik etdi

Lukaşenko Ukrayna xalqını təbrik etdi

Əminəm ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ilə bağlı Ukrayna xalqına ünvanladığı təbrikində deyib.

“Belarus bundan sonra da harmoniyanın qorunması, bütün səviyyələrdə dostluq və qarşılıqlı hörmət əsasında əlaqələrin inkişafının tərəfdarı olacaq”, – Lukaşenko bildirib.

Belarus prezidenti ukraynalılara ukraynalılara aydın səma, tolerantlıq, cəsarət, güc və layiqli həyatın bərpasında uğurlar arzulayıb.

Teqlər: