Rusiya taktiki nüvə silahı əvəzinə Belarus diktatoru Aleksandr Lukaşenkodan istifadə edir.
AzerTimes xəbər verir ki, bunu Litvanın müdafiə naziri Arvidas Anusauskas Tvitter səhifəsində yazıb.
“Belarus Kremlin göstərişi ilə Ukrayna qoşunlarını yayındırmaq taktikasını davam etdirir. Belarus rəsmi olaraq Ukraynanı ona qarşı hücum hazırlamaqda ittiham edib. Məqsəd Ukraynanın mümkün qədər çox qüvvəsini cəbhədən Belarusla sərhədə yığmaqdır”, – o qeyd edib.