Lukaşenko Szinpinlə Ukraynanı müzakirə etdi

Lukaşenko Szinpinlə Ukraynanı müzakirə etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Pekinə dövlət səfəri zamanı Çin Prezidenti Si Szinpinlə Ukrayna üzrə sülh danışıqları üçün səylərin birləşdirilməsini müzakirə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Belarusun Çindəki səfiri Yuri Senko məlumat verib.

“Liderlər (Belarus və Çin – red) vurğulayıblar ki, bu münaqişəyə təsir etmək üçün səylərin birləşdirilməsi lazımdır ki, tərəflər məsələlərin sülh yolu ilə müzakirəsinə və bütün dünya üçün əlverişli həllərin axtarışına keçsinlər”, —Senko bildirib.

Onun sözlərinə görə, Lukaşenko Belarusun Çinin təşəbbüslərini çox diqqətlə izlədiyini vurğulayıb.

Teqlər: