Lukaşenko sülhə çağırdı – Kremldən reaksiya

Lukaşenko sülhə çağırdı – Kremldən reaksiya

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Ukraynada hərbi əməliyyatlara son qoyulması təklifini müzakirə edəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Məlumata görə, müzakirə gələn həftə baş tutacaq.

Peskov bildirib ki, xüsusi hərbi əməliyyat davam edir, çünki bu, məqsədlərə çatmaq üçün yeganə vasitədir.

Qeyd edək ki, Lukaşenko Ukrayna və Rusiyanı hərbi əməliyyatlara dərhal son qoymağa və heç bir ilkin şərt olmadan, danışıqlara başlamağa çağırıb.

Teqlər: