20:10
Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqa işgüzar səfərə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Pul Pervoqo” kanalı məlumat yayıb.
Qeyd edək ki, Kremlin mətbuat xidməti Belarus liderinin iyulun 23-də Rusiyada Vladimir Putinlə görüşəcəyini bildirmişdi. Danışıqların gündəliyinin müəyyən edildiyi, bir çox mövzuların, o cümlədən təhlükəsizlik məsələləri, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq, müttəfiq proqramların həyata keçirilməsi, habelə qanunsuz sanksiyalar təzyiqinə qarşı birgə müqavimətin müzakirə olunacağı bildirilib.