Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah Sankt-Peterburqda yenidən bir araya gələcək.
AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, liderlər ikitərəfli görüş zamanı əlaqəni davam etdirəcəklər.
Qeyd edək ki, bu gün Lukaşenko Sankt-Peterburqa səfər edib və Putinlə birgə Leninqrad mühasirəsinin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak edib.