Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr
Lukaşenko ilə Ukraynadakı hərbi əməliyyatları müzakirə edib.
Trend-in
məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, A.Lukaşenko Rusiyanın Ukraynada keçirdiyi
əməliyyatları dəstəklədiyini bildirib.
V.Putin öz növbəsində əməliyyat tapşırıqlarının plana uyğun icra
olunduğunu vurğulayıb.