Lukaşenko Rusiya ilə gömrük qanunvericiliyinin uyğunlaşdırılmasına dair saziş layihəsini təsdiqləyib

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus və Rusiya
arasında gömrük qanunvericiliyinin uyğunlaşdırılması və gömrük
sahəsində əməkdaşlıq haqqında saziş layihəsini danışıqlar üçün əsas
kimi təsdiqləyib.

Trend bu barədə TASS-a istinadən məlumat verir.

“Belarus Dövlət Gömrük Komitəsi bu saziş layihəsini müzakirə
etmək və təsdiq edilmiş layihə çərçivəsində razılıq əldə olunarsa,
onu imzalamaq səlahiyyətinə malikdir”, – prezidentin mətbuat
xidməti bildirib.