Əgər Rusiya dağılsa, bunun nəticələrini bütün MDB ölkələri görəcək.
AzerTimes xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının rəhbərləri ilə görüşü zamanı deyib.
Lukaşenko MDB ölkələrini birliyə çağırıb.
“Elə bir vəziyyət yarana bilər ki, bu birlik olmadan heç birimiz ayaqda qala bilmərik. Bu gün bunu başa düşməsək, bizimlə ayrı-ayrılıqda “məşğul” olacaqlar. Amma Rusiya dağılsa, hamımız bu bataqlığa çəkiləcəyik”, – o əlavə edib.