Lukaşenko Roqozinlə görüşəcək

Lukaşenko Roqozinlə görüşəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinlə görüşəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

Tərəflərin nələri müzakirə edəcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Dmitri Roqozin 2022-ci ilə kimi “Roskosmos”a rəhbərlik edib. Ötən ilin noyabrından Roqozin Ukraynada döyüş zonalarında fəaliyyət göstərən “Çarskie volki” adlı hərbi müşavirlər qrupu yaradıb.

Teqlər: