Qərb qonşularının ordularını sərhədə yığmasına baxmayaraq, Minsk dinc dialoqa yönəlib.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Nümayəndə heyətlərinin görüşü praktiki olaraq iki sivilizasiyanın – Şərq və Qərbin qovşağında keçirilir. Biz bunu simvolik məna kimi görürük, çünki hər şeyə rəğmən, bütün ölkələrlə dinc dialoqa yönəlmişik. Qərb qonşularımız sərhədlərimizə qoşun yeritdikləri halda, biz tamamilə yaradıcı təşəbbüslərlə məşğuluq”, – Lukaşenko bildirib.