
Belarus Prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayla birlikdə qar təmizləmə işlərində iştirak edib.
AzerTimes xəbər verir ki, bu barədə “Pul Pervoqo” Teleqram kanalı məlumat yayıb.
Kanalın yaydığı görüntülərdə Belarus lideri, oğlu Nikolay və bir neçə nəfər qar təmizləmə işlərində iştirak edir.
Qeyd edək ki, Belarusun əksər yerlərində qar örtüyünün qalınlığı 6-30 sm, bəzi yerlərdə isə 31-42 sm təşkil edir.

