
Belarus Prezidenti Aleksandr Lukaşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
Məlumata görə, liderlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər, həmçinin Belarus Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisini gündəmə gətiriblər.
Bundan əlavə, prezidentlər iki ölkənin sərhədindəki vəziyyətdən danışıblar.

