Lukaşenko: Putinlə ciddi söhbətim olacaq!

Lukaşenko: Putinlə ciddi söhbətim olacaq!

Sabah Rusiya Prezidenti Vladimir Putinlə ciddi mövzuda ciddi söhbətim olacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovla görüşündə deyib.

“Həmişə olduğu kimi, Vladimir Putinlə ciddi məsələlərlə bağlı ciddi danışıqlar aparacağam. Amma bu, sabah olacaq. Bizim bugünkü görüşümüz isə qətiyyən ritual deyil. Bizim müzakirə edəcəyimiz müəyyən şeylər var”, deyə Lukaşenko bildirib.

Qeyd edək ki, A. Lukaşenko Rusiyada səfərdədir.

Teqlər: