Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinə Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktı ilə bağlı hər cür yardım göstərməyi təklif edib.
AzerTimes xəbər verir ki,bu barədə Kreml məlumat yayıb.
Məlumata əsasən, o, Belarus vətəndaşlarının bu kədərli vaxtda Rusiya xalqı ilə həmrək olduğu və lazım olan hər hansı vəziyyətdə yardım edəcəklərini vurğulayıb.
Belarus prezidenti bu qanlı cinayətin təşkilatçıları və icraçılarının cəzasının labüdlüyünə əminliyini ifadə edib.