Bizim 40 minlik qoşunumuz Ukrayna müharibəsində Rusiyaya yardım edə bilməz.
AzerTimes xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko deyib.
“Silahlı Qüvvələrimizdən orada necə istifadə edə bilərik? 35-40 min, onlar problemi həll etməyəcək. Ordumuzun birbaşa iştirakı vəziyyəti daha da pisləşdirəcək. Bu, Belarusun münaqişədəki rolu deyil. Biz bu işə qarışmırıq, heç kimi öldürmürük, canlı qüvvələri ora göndərmirik”, – deyə Lukaşenko bildirib.