Lukaşenko Priqojinlə danışdı, “Vaqner” dayandı – Təcili

Lukaşenko Priqojinlə danışdı, “Vaqner” dayandı – Təcili

Bu gün səhər Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarına “Vaqner” özəl hərbi şirkətinin Rusiyanın cənubundakı fəaliyyəti ilə bağlı vəziyyət barədə məlumat verib. Dövlət başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Lukaşenko Putindən razılıq alaraq, öz kanalları vasitəsilə vəziyyəti dəqiqləşdirmək üçün “Vaqner” rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb:

“Danışıqlar gün ərzində davam edib. Nəticədə Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəlinib. Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin döyüşçülərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.

Hazırda Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri ilə vəziyyəti həll etmək istiqamətində müzakirələr gedir”.

Teqlər: