Belarus Prezidenti Aleksandr Lukaşenko etiraz aksiyalarında iştiraka görə məhkum olunmuş 30 nəfəri əfv edib.
AzerTimes xəbər verir ki, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, etiraz aksiyaları zamanı cinayət törətməkdə təqsirli bilinən 14 qadın və 16 kişi əfv fərmanı alıb. Əfv olunanlar arasında qocalar və ağır xəstəlikləri olanlar da var.