“Vojdizim” (vahid lider kultu, fərdi hökmranlıq) olmamalıdır. Bu, prezident olduğum bütün həyatım boyu qorxduğum bir şeydir.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belarusda diktatura olmamalıdır və olmayacaq. Diktator olmaq üçün dövlət başçısının diktatura alətləri olmalıdır. Mənim belə alətlərim yoxdur və məni “diktator” adlandırmağa ABŞ-da başlayıblar”, – Lukaşenko bildirib.