Lukaşenko müharibəyə 15 min əsgər göndərə bilər

Lukaşenko müharibəyə 15 min əsgər göndərə bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko 12-15 min döyüşə hazır əsgəri Rusiya Prezidenti Vladimir Putinin süngüsü altına sala bilər.

AzerTimes xəbər verir ki, bunu belaruslu müxalifətçi, “Ağ legion”un yaradıcısı Sergey Bulba deyib.

O bildirib ki, bunlar Belarusun xüsusi əməliyyat qüvvələrinin yaxşı təlim keçmiş üç briqadasıdır və onların sayı 9 mindən çox deyil:

“Lukaşenko Ukraynaya qarşı xüsusi əməliyyat qüvvələrinin üç briqadası yerləşdirə bilər. Bunlar əsas döyüşə hazır olanlardır: Brest Hava Desant Qüvvələri, Marinoqorka və Vitebsk Brauka. Onlar birlikdə təxminən 9 min nəfər təşkil edir və bunlar da çağırışçılardır. Bundan əlavə, döyüşə 120-ci Qvardiya Atıcı Briqadası da cəlb oluna bilər. Bu da daha 3 min nəfərdir. Əslində, bizdə maksimum 12-15 min nəfər var”.

Teqlər: