Belarus lideri Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməkdə davam edir. Bu arada o, demək olar ki, tamamilə Rusiyadan asılı vəziyyətə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.
Hesabatda iyulun 28-də Belarus ərazisindən Rusiyanın Ukraynaya 20 raket atdığı xüsusi qeyd olunub.
“Aleksandr Lukaşenko Ukrayna münaqişəsində Moskvanın xəttinə sadiq qalmaqda davam edir və iyulun 21-də deyib ki, Ukrayna Rusiyanın müharibəni dayandırmaq tələblərini qəbul etməlidir”, – hesabatda qeyd edilib.