Kreml Belarus Prezidenti Aleksandr Lukaşenkoya təzyiq göstərir ki, Rusiyanın tələblərini yerinə yetirsin və manevr edə bilməsin.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiyanın Belarusa təzyiqinin artması Kremlə güzəştə getməkdən qaçan Lukaşenkonun manevr imkanlarını azaldır. Rusiya hərbçiləri çox güman ki, Belarusdakı S-400 sistemlərini idarə edəcəklər. Rus tanklarının Belarusda yerləşməsinə baxmayaraq, hələ də Minskdən Kiyevə hücum əlaməti görünmür”, – məlumatda deyilib.