Belarus lideri Aleksandr Lukaşenko yaxın günlərdə Tehrana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə yerli mediaya açıqlamasında İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian deyib.
“Belarus Prezidenti Lukaşenko tezliklə İrana gələcək. Onun səfəri zamanı… digər sənədlərlə yanaşı, İran və Belarus arasında hərtərəfli əməkdaşlığa dair aktlar imzalanacaq”, – Abdullahian bildirib.