Lukaşenko Durovun həbsinə haqq qazandırdı

Lukaşenko Durovun həbsinə haqq qazandırdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa hakimiyyətini Teleqramın yaradıcısı Pavel Durovu həbs etdiyinə görə qınamadığını bildirib.

AzerTimes xəbər verir ki, o, bu barədə respublika müəllimlər şurasında çıxışı zamanı deyib.

“Mən onları qınamıram. Onlar düzgün iş görürlər. Əgər günahkarsansa, get cavab ver. Bəs onlar kimi eyni üsullardan istifadə edərək özümüzü müdafiə etməyə başlayanda niyə bizə qarşı iddialar irəli sürürlər?”, – o bildirib.

Teqlər: