Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb ölkələri Minskə qarşı təxribat üçün xüsusi dəstələr hazırlayır.
AzerTimes xəbər verir ki, Lukaşenko bu barədə müvafiq bəyanatla 2024-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiqi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bu qərarlar xüsusi vəziyyətə görə zəruridir:
“Cənubda müharibə (Rusiya ilə Ukrayna arasında – red.), qərbdə isə ondan daha pis Polşa, Litva, Baltikyanı ölkələr var. Vurğulayıram: daha da pis. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib”.