Lukaşenko bir gündə Putin, Tokayev və Nazarbayevlə danışdı

Lukaşenko bir gündə Putin, Tokayev və Nazarbayevlə danışdı

Belarus lideri Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər regional və beynəlxalq siyasi vəziyyəti müzakirə ediblər.

“Avqustun 30-da Belarus Prezidenti Aleksandr Lukaşenko xarici dövlətlərin liderləri ilə bir sıra telefon danışıqları aparıb. Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli gündəliyin aktual mövzuları, habelə regional və beynəlxalq vəziyyətin aktual məsələləri müzakirə olunub”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, Lukaşenko Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə söhbətində əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlərdən danışıb. İki ölkə liderləri beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Bundan əlavə, Belarus dövlətinin başçısı Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə də telefonla danışıb.

Teqlər: