Belarus Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatda iştirak edir, lakin ora öz hərbçilərini göndərmir.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Biz bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük. Biz ordumuzu heç yerə göndərmirik, öhdəliklərimizi pozmuruq. Belarus bu müharibədə ona görə iştirak edir ki, münaqişənin öz ərazisində yayılmasının qarşısını alsın. İkincisi isə məqsəd Polşa, Litva və Latviyanın xüsusi hərbi əməliyyat adı altında Belarusa hücumunun qarşısını almaqdır. Dediyim kimi, Belarus ərazisindən heç kim rusları arxadan vurmayacaq. Budur bizim iştirakımız”, – o bildirib.