Belarus sərhədçilərinə Polşa ilə sərhədi qanunsuz miqrantlardan qorumaq barədə əmr verməyəcəyəm.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Sanksiyalara qədər biz Qərblə o qədər ciddi şəkildə əməkdaşlıq edirdik ki, readmissiya haqqında saziş imzaladıq. Əməkdaşlıq edirdik, sonra onlar imtina etdilər. Onları (miqrantlar) burada “ovlamayacağıq”. Bizim işimiz xalqımızın təhlükəsizliyini təmin etməkdir.
Mən sərhədçilərə, hərbçilərə və mülki şəxslərə Belarus və Polşa sərhədində Avropa Birliyini müdafiə etmək üçün əmr vermək niyyətində deyiləm. Boğazımıza ilgək (sanksiyalar – red.) salırsınız və hələ bizi sizi bu məzlumlardan qorumağa məcbur edirsiniz”, – Lukaşenko bildirib.