Lukaşenko 5 vətəndaşımızı azad etdi – Zelenski

Lukaşenko 5 vətəndaşımızı azad etdi – Zelenski

Belarus Ukraynanın beş vətəndaşını azad edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“ABŞ-ın vasitəçiliyi və kəşfiyyat əməkdaşlığımız sayəsində indi yüzə yaxın insan, həmçinin beş ukraynalı azadlığa çıxır “, – Zelenski bəyan edib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı həmkarı Donald Trampla razılaşma çərçivəsində müxtəlif ölkələrin 123 vətəndaşını əfv edib.

Teqlər: