Formula 1 yarışları üzrə 7 qat dünya çempionu britaniyalı Lyuis
Həmilton soyadını dəyişdirməyi düşünür.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Racingnews365” xəbər verib.
İdmançının sözlərinə görə, o, indiki soyadına anasının qızlıq
soyadını əlavə etmək istəyir:
“Ailəmin səkkizinci titulunu qazanması çox vacib olardı, mən öz
soyadımla fəxr edirəm, Hamilton. Anamın soyadının Larbalest
olduğunu bəlkə də heç biriniz bilmirsiniz. Və onun soyadını öz
soyadıma əlavə etmək istəyirəm”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, ad dəyişikliyi yaxın vaxtlarda baş
verməyəcək, yəni britaniyalı idmançı yeni mövsüm çərçivəsində
Formula1-in start mərhələsinə “Hamilton” soyadı ilə çıxacaq.