ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib.
AzerTimes xəbər verir ki, o, səfər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Görüşdə Qarabağ ətrafındakı vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi müzakirə edilib.
Xatırladaq ki, 3 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.