ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lui Bono Cənubi Qafqaz regionuna səfəri zamanı Azərbaycanın yüksək rütbəli rəsmiləri ilə görüşərək Bakı və İrəvan arasında dayanıqlı sülh sazişinin əldə edilməsi səylərini müzakirə edəcək.
Qeyd edək ki, L.Bono hazırda İrəvanda səfərdədir.