Xəbər - Orxan Nəbiyev – Trend:
Almaniyanın “Lufhansa” aviaşirkəti fevralın 7-dən etibarən Qazaxıstana uçuşları bərpa etməyə planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi bildirib.
Qeyd olunur ki, həmin tarixdən başlayaraq, Frankfurtdan Nur-Sultan və Almatı şəhərlərinə həftədə iki dəfə reyslər işə salınacaq.
Xatırladaq ki, “Lufthansa” yanvar ayında Qazaxıstanda baş vermiş iğtişaşlarla əlaqədar bu ölkəyə uçuşları dayandırmışdı.