Lotu Qulinin qardaşı saxlanıldı

Lotu Qulinin qardaşı saxlanıldı

“Alik Rıji” kimi tanınan qanuni oğru Əli Heydərovu Moskvada öldürməkdə şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ren TV kanalı məlumat yayıb.

Telekanala məlumat verən mənbə bildirib ki, Səlifov Moskva vilayətindəki ticarət obyektlərində onun təsir dairəsinə təhlükə yarada bilən Heydərovu öldürmək barədə dərhal qərar qəbul edib.

Qətlin icraçısı Mətləb Sultanov adlı şəxs olub. Ona saxta pasport və “Alik Rıji”nı öldürmək üçün silah verilib.

Qeyd edək ki, Namiq Səlifov mərhum qanuni oğru Lotu Qulinin qardaşıdır.

Teqlər: