Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ildə Rusiyada “Lotu
Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə
yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter
Camal” kimi tanınan Camal Həsənovun məhkəmə araşdırması davam
edib.
AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Camal Həsənov zərərçəkən Həsənov Cabir Heyqubad oğlu
bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə
“Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu
2016-cı il avqustun 18-də Türkiyədə o qətlə yetirilməsində iştirak
edib.
“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan
bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gederək
Cabir Həsənovu odlu silahdan istifadə edərək güllələyərək öldürüb.
Ona bu cinayətdə orada yaşan Nazim Nüsrətov köməklik göstərib.
Camal Həsənov qətli törədəndən sonra istintaqdan yayınaraq
Azərbaycana gəlib. Nazim Nüsrətovun həbs olunandan sonra Camal
Həsənovun cinayət əməli ortaya çıxıb.
İttihama münasibət bildirən Camal Həsənov özünü təqsirli bilməyib.
O bildirib ki, bu iş uydurmadır.
Məhkəmədə məlum olub ki, Camal Həsənovun vəkili Nizami Canıyev
Rövşən Canıyevin( Lənkəranski) yaxın qohumudur.
Məhkəmə prosesi aprelin 22-də davam edəcək.
Qeyd edək ki, Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə
orqanların əməkdaşları tərəfindən tutulub.
Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1,
228.2.1-ci maddələri ilə ittiham verilib.