Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ildə Rusiyada “Lotu
Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı kimi
tanınan Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal
aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun
məhkəmə prosesi başlayıb.
AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları
dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxs saxlandığı Dövlət
Təhlükəsizliyi Xidmətinindən İstintaq Təcridxanasından Penitensiar
Xidmətinin İstintaq Təcridxanası köçürülməsini istəyib.
Hakim bildirib ki, hazırlıq iclasının qərarı zamanı bu məsələyə
baxılacaq
Prosesdə hakim bildirib ki, məhkəmə sənədləri dövlıt ittihamçısına
çatmayıb və buna görə məhkəmə təxirə salınmalıdır.
Bu səbəbdən məhkəmənin hazırlıq iclası aprelin 12-ə təyin
edilib.
İttihama görə, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq
Canıyev, “qanuni oğru” Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə
İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək
tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin
öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində
iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə
Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu
güllələyərək qətlə yetirib.
Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanların
əməkdaşları tərəfindən tutulub.