Lotereyanın təşkili ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edildi

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin iclasında “Lotereyalar haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, qanun layihəsi dövlət başçısının sərəncama uyğun olaraq hazırlanıb və aşağıdakıları nəzərdə tutur:

– lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısınım və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
– lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
– lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
– lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
– virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
– lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.


Müzakirələrdən sonra dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: