Los-Ancelesdəki Baş Konsulluğumuzun fəaliyyətinin bərpası…

Los-Ancelesdəki Baş Konsulluğumuzun fəaliyyətinin bərpası…

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa olunacaq.

AzerTimes xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş konsulluq ABŞ-ın Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:

“Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq”.

Teqlər: