Tək mühərrikli təyyarə ABŞ Los Anceles (Kaliforniya ştatı) limanında yük maşınına çırpılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “ABC” televiziya şirkəti xilasetmə xidmətlərinə istinadən bildirib.
Məlumata əsasən, hadisə nəticəsində təyyarənin pilotu ölüb, avtomobildə olan şəxs isə xəsarət alıb.
Bildirilib ki, xəsarət alanın vəziyyəti ağırdır. Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.