Los-Ancelesdə iğtişaşlar: Milli Qvardiya yeridilib?

Los-Ancelesdə iğtişaşlar: Milli Qvardiya yeridilib?

ABŞ Milli Qvardiyası nümayişlər və qarşıdurmalar fonunda ictimai asayişi qorumaq üçün Los-Ancelesə yerləşdirilməyib.

AzerTimes xəbər verir ki, bu barədə Los Anceles meri Karen Bass X səhifəsində yazıb.

O, ABŞ Prezidenti Donald Trampın Los-Ancelesə Milli Qvardiyanın yeridilməsi ilə bağlı açıqlamasını təkzib edib:

“Milli Qvardiya Los Ancelesdə yerləşdirilməyib”.

Mer Los-Ancelesdə asayişin qorunmasına görə, Kaliforniya şəhəri və ştatın hüquq-mühafizə orqanlarına, eləcə də onun qubernatoru Gevin Nyusoma təşəkkür edib.

Qeyd edək ki, cümə günü Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması başlayıb. Şənbə günü axşam saatlarında ən azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb.

Etirazçılar hüquq-mühafizə orqanlarının işinə mane olmağa çalışıb, yolu bağlayıb, İmmiqrasiya və Gömrük Mühafizəsi əməkdaşlarına daş və müxtəlif predmetlər atıblar.

Bu sırada Prezident Donald Tramp Los-Ancelesdə iğtişaşlarla mübarizə apardığına görə Milli Qvardiyaya təşəkkür edib.

Teqlər: