Los Ancelesdə ermənilər azərbaycanlılara qarşı etnik zorakılığa səsləyən aksiya keçirib

Los Ancelesdə erməni milliyyətçiləri tərəfindən azərbaycanlılara qarşı zorakılığa səsləyən aksiya keçirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu “Twitter”də paylaşım edib.

Baş Konsulluq bildirir ki, Los Ancelesin mərkəzində Erməni Gənclər Federasiyası və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş manekeni etnik zorakılığa çağırışlar edərək “edam” ediblər.

Teqlər: