Londonun İrəvanla bağlı açıqlamasına Rusiya XİN-dən cavab

Londonun İrəvanla bağlı açıqlamasına Rusiya XİN-dən cavab

Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri Qərbin Ermənistanı Rusiyaya qarşı yönəlmiş alətə çevirmək istəyinin birbaşa təsdiqidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bildirib.

“Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların antirusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”, – XİN-dən verilən bəyanatda vurğulanıb.

Qeyd edək ki, daha öncə C.Hippi açıqlamasında ölkəsinin Ermənistanı Rusiya qarşısında dəstəkləməyə hazır olduğunu bildirib.

Teqlər: