Rusiyalı iş adamı Oleq Tinkov Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat yayılıb.
“Oleq Yuryeviç Tinkov sanksiya siyahıdan çıxarılıb, artıq aktivlərin müsadirəsi və etibar xidmətlərinin göstərilməsinə qadağa aradan qaldırılır”, – məlumatda deyilir.
Qeyd edək ki, Britaniya hökumətinin qərarının səbəbləri məlum deyil.